Azərbaycanda 73 nəfər saxlanıldı

  • By admin
  • 17 Fevral 2024 12:23

Fevralın 16-da ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 136, o cümlədən borclu şəxs qismində axtarışda olan 117 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 33 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

 

Gununsesi.info