Azərbaycanda abort edən qadınların şok statistikası açıqlandı - HƏR 1 000 QADINDAN 130 NƏFƏRİ UŞAĞINI ÖLDÜRÜR

  • By admin
  • 12 Mart 2018 13:16
Azərbaycanda 2010-2016-ci il ərzində 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, Dövlət Statistika Komitəsindən unikal.org-a verilən məlumata görə, sözügedən yaş qrupu üzrə Azərbaycanda ən çox abort halları 2016-cı ildə qeydə alınıb. Belə ki, 2016-ci ildə 15-49 yaşlı hər 1 000 qadına düşən abortların sayı 130 nəfər təşkil edib.
2010-cu ildə 9,9, 2012-ci ildə 11,5, 2013-cü ildə 10,4, 2013-cü ildə 10,4, 2014-ci ildə 10,1, 2015-ci ildə 10,3, 2016-ci ldə 13,0 faiz abort halları qeydə alınıb.
Bununla belə sözügedən illər ərzində məktəblilər arasında abort hallarının azaldığı da qeyd olunur.
Belə ki, 15-17 yaşlı məktəblilər arasında 2010-cu 0,6, 2012-ci ildə 0,3, 2013-ci ildə 0,4, 2014-cü ildə 0,4, 2015-ci ildə 0,3, 2016-cı ildə 0,1 faiz abort halları baş verib.
Bununla belə, Azərbaycanda ümumilikdə yaş həddinə görə, ən çox abort elətdirən qadınların sayı da açıqlanıb.
Bu qadınların yaş həddi 30-34-dür. Sözügedən yaş arası qadınlar arasında 2010-cu ildə 18,9, 2012-ci ildə 20.4, 2013-ci ildə 20,0, 2014-cü ildə 19.1, 2015-cü ildə 17,6, 2016-ci il 20,6 faiz təşkil edib.
Yalnız 2015-2016-ci il ərzində 25-29 yaşlı qadınlar arasında abort elətdirənlərin sayı digər yaş qruplarına nisbətən üstünlük təşkil edib.
Belə ki, bu yaş qrupu üzrə hər 1000 qadından 2015-ci ildə 18.1, 2016-ci ildə 23,8 faiz abort elətdirib.
Gununsesi.info