Azərbaycanda ağır qəza: Magistral yol bağlandı

  • By admin
  • 21 İyul 2023 11:41

Oğuz rayonunda xarici vətəndaşın idarə etdiyi TIR qəzaya düşüb, magistral yol bağlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, xarici vətəndaşın idarə etdiyi 254-AFM-05 Qazaxıstan dövlət qeydiyyat nişanlı TIR markalı yük avtomobili idarəetmədən çıxıb.

Nəticədə TIR-ın bir neçə metr uzunluğunda olan qoşqusu yolun hərəkət hissəsində qalıb.

Buna görə də hazırda avtomobil yolunda hərəkət məhdudlaşıb.

Gununsesi.info