Azərbaycanda aliment məbləği bir uşaq üçün 220 manatdan 235 manata qaldılırır

  • By ilhame
  • 10 Noyabr 2023 20:38

Gələn ildən Azərbaycanda alimentlərin məbləği bir uşaq üçün 220 manatdan 235 manata qaldırılır.

 

Gununsesi.info xəbər verir ki “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, gələn il yaşayış minimumu 270, əməkqabiliyyətli əhalidə 287, pensiyaçılarda 222, uşaqlardan ötrü isə 235 manat müəyyən edilib. Bu da alimentlərin cəmi 15 manat artımı deməkdir.

 

Hazırda uşaq qidaları və geyimlərdə qiymət artımı ilə bağlı valideynlərdən tez-tez şikayətlər eşidilir. Ölkədə minimum əməkhaqqı isə 345 manatdır. Gələn il heç onun artımının nəzərdə tutulmadığı açıqlanıb.

 

Aliment borcuna görə minlərlə axtarışa verilən var, bu barədə daha geniş xəbər AzadlıqRadiosunun saytında dərc olunub. Oxumaq üçün səhifəmizin bio-sunda yerləşdirdiyimiz linkə daxil olun.

Gununsesi.info