Tovuz rayonunda kişi öz oğluna xəsarət yetirib.
Gununsesi.info-nun məlumatına görə, rayonun Cəlilli kənd sakini 1988-cu il təvəllüdlü Şahin Mustafayev ağac parçası ilə oğluna xəsarət yetirib.
Yeniyetmə döyüldüyü və sol dirsək sümüyü sındığı üçün xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.