Azərbaycanda “Atatürk məktəbi” elan edildi - TƏLİM KEÇİRİLƏCƏK

  • By admin
  • 18 May 2017 10:40

f089b3f5045557f987b5ce90c3ea0609786fcd0e1495084606

Milli Fikir Mərkəzi Azərbaycan gəncliyinə dünyanın ən böyük şəxsiyyətlərindən birini tanıtmaq üçün “Atatürk məktəbi” elan edir.

Gununsesi.info xəbər verir ki,  “Atatürk məktəbi” layihəsi çərçivəsində 2 həftə boyunca gənclərə Mustafa Kamal Atatürk və onun fəaliyyəti barəsində ətraflı məlumat veriləcək.

Təlimlər həfətnin I, III, V və II, IV, VI günləri olmaqla 2 qrup şəklində keçiləcək. Dərslər mühazirə və müzakirə formatında baş tutacaq. Hər dərs günü saat 14.00-16.00 arası 2 mühazirə, 16.00-17.00 arası isə müzakirə keçiriləcək.

Qeydiyyat keçən şəxslər müsahibə yoluyla seçiləcək.

Son qeydiyyat tarixi: 4 iyun

Qeydiyyat linki: https://docs.google.com/forms/d/1OnLWUssY0P1vuiZVL37SbRDCq7l7PkogFcovBkj88hI/edit

Təlimlər tamamilə ödənişsizdir.

Ünvan: Əlövsət Quliyev küçəsi 79, mənzil 8. Əlaqə: 070-537-21-84

Gununsesi.info