Azərbaycanda atların sayı azalıb, dəvələrin sayında isə artım qeydə alınıb.
Gununsesi.info-nun Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə ölkəmizdə 53076 baş at mövcud olub.
Bu rəqəm 2022-ci illə müqayisədə təxminən 6% azdır. Belə ki, həmin il ölkədə 56576 baş at olub.
Ötən il atların 14216-sini 1 yaşdan 2 yaşa qədər olanlar, 31375 başı isə 3 yaş və daha böyük madyanlar təşkil edib.
Ölkədə atların sayının ən çox olduğu rayon Zaqataladır. 2024-cü ilin əvvəlinə olan məlumata görə bu rayonda 3590 baş at mövcud olub. Paytaxt Bakı şəhərində isə cəmi 50 at var. Atların sayının daha çox olduğu rayonlar arasında Quba (2528), Cəlilabad (2000), Sabirabad (1799) da var.
İqtisadi rayonlar üzrə atların sayı aşağıdakı kimi olub:
Bakı iqtisadi rayonu – 153
Naxçıvan iqtisadi rayonu – 2155
Abşeron–Xızı iqtisadi rayonu – 427