
Ağstafada baş verən yol qəzasında ölənlərin sayı 3-ə çatıb.
Gununsesi.info APA-ya istinadla xəbərinə görə, qəzada xəsarət alan 56 yaşlı Vəliyeva Mirvari Mikayıl qızı Qazaxda xəstəxanada ölüb.
Ağstafada baş verən yol qəzasında 2 nəfər ölüb.
Gununsesi.info APA-ya istinadla xəbərinə görə, Bakı-Qazax magistral yolunun rayonun Köçəsgər kəndindən keçən hissəsində “Mersedec-Sprinter” markalı mikroavtobus qoşqulu yük maşını ilə toqquşub.
Qəza nəticəsində 2 nəfər – Ağstafa rayon sakini, 61 yaşlı Məmmədova Familə Fərman qızı, Qazax rayon sakini – 60 yaşlı Nağıyev Mail Hüseyn oğlu hadisə yerində ölüb. Yaralanan 19 yaşlı Qasımov Nicat Əli oğlu, 71 yaşlı Əmiraslanov Əmialı İnəci oğlu və daha 3 nəfər isə Qazaxda xəstəxanaya yerləşdirilib.
Xəsarət alan bir neçə nəfər Ağstafa və Qazax xəstəxanalarına aparılıb.
Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə işləyirmiş.
Ağstafa rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
Hərəkətdə olan avtobusla yük maşınının toqquşması nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilir.