Azərbaycanda avtomobil aşdı: Xəsarət alanlar var

  • By admin
  • 07 Mart 2024 08:21

Şabran-Xaçmaz yolunda avtomobilin aşması nəticəsində xəsarət alanlar var.

Gununsesi.info report-a istinadən xəbər verir ki, Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Xaçmaz rayon sakini, 1964-cü il təvəllüdlü Polaq Qasımov və Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Tural Zeynallı müxtəlif bədən xəsarətləri ilə Şabran rayon mərkəzi xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info