Füzulidə avtomobil dərəyə aşıb.
Gununsesi.info APA-ya istinadən bildirir ki, Əhmədbəyli kənd sakini Möhsümzadə Möhsüm Oktay oğlu idarə etdiyi “Khazar SD” markalı avtomobillə Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili dərəyə aşırıb.
Nəticədə sürücü M.Möhsümzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Füzuli RPŞ-in İB-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Gununsesi.info