Azərbaycanda ayaqqabı istehsalı azalıb

  • By admin
  • 26 Avqust 2017 11:42

statistika1

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 112,4 min cüt ayaqqabı istehsal edilib.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, bu ilin 7 ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 22,5% az olub.

İyul ayında ölkədə ayaqqabının qiymətində iyun ayına nisbətən 0,1% artım qeydə alınıb. Hesabat dövründə isə ayaqqabının qiyməti illik müqayisədə 19,5% artıb.

 Gununsesi.info