Azərbaycanda aylıq normadan 4 dəfə artıq yağıntı düşüb - NAZİRLİK (ÖZƏL)

  • By admin
  • 22 Noyabr 2016 17:07
 leysan1 
“Son aylar Azərbaycanda və Abşeronda yağıntıların həcmi iqlim normasından dörd dəfə artıq olub”.
Bunu Gununsesi.info-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova son bir neçə ayda intensiv yağıntılı hava  şəraitini şərh edərkən deyib.
Onun sözlərinə görə, sentyabr, oktyabr və noyabr aylarında əvvəlki illərdə olduğu kimi bu ildə yağıntılı keçib və belə hallar müşahidə olunub: “Belə hal bu ildə müşahidə olunub və yağıntılar iqlim normasından artıq olub. 2016-cı ilin sentyabr-oktyabr-noyabr ayalarındakı yağıntılar iqlim normasından  3-4 dəfə  artıq olub”.
Mürtəza
Gununsesi.info