Ekspert: “Nə qədər ki, məmurlar prosesi öz nəzarətində saxlayır, o zaman ölkə iqtisadiyyatını böhrandan çıxarmaq mümkün olmayacaq”
Dünya Bankının “Global Economic Prospects” adlı hesabatınını açıqlayıb. Gununsesi.info xəbər verir ki, hesabatda ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün bir sıra addımlar atılmazsa, o zaman manatın təzyiqlə üzləşə biləcəyi qeyd edilir. Yəni növbti devalvasiyası prosesi yaşana bilər. Dünya Bankının “Global Economic Prospects” adlı hesabatınını açıqlayıb və həmən hesabatda dünya bazarında neftin qiymətinin aşağı olması hələ də Azərbaycan, Rusiya və Qazaxıstana mənfi təsir edir. “Hətta Azərbaycan kimi iri valyuta ehtiyatlarına malik olan ölkələr fiskal konsolidasiyaya təzyiqlə üzləşir. Azərbaycan hökuməti ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün bir sıra addımlar atmalıdır. Milli valyutaya təzyiqlərin davam etməsi, problemli kreditlərin artması, inflyasiyanın yüksək templəri neft ixracı ilə məşğul olan ölkələri pul-kredit siyasətlərini sərtləşdirməyə vadar etdi. Hələ bir müddət bu ölkələrin ehtiyatları azalacaq, milli valyutaları təzyiq altında qalacaq”, – deyə hesabatda qeyd edilib. Gununsesi.info ekspert Azər Mehdiyevlə yarana biləcək vəziyyətlə bağlı açıqlama alıb. Onun sözlərinə görə, Azərbaycanda manatın taleyi neftin qiyməti və neft gəlirlərindən asılı olduğundan belə hallar yaşanır: “Çünki ölkəyə valyuta gətirə biləcək digər elə bir sahəmiz yoxdur. Ölkədə fəaliyyət göstərən digər qrumlar daha çox ölkədən dollar çıxarmalqa məşğuldur. Çünki onların xaricdən gətirdiyi mallar dollarla alınır.” Ekspert hesab edir ki, hökumət manatın möhkəmləndirilməsi, ümumiyyətlə ölkə iqtisadiyyatının maliyyə sektorunda, pul-kredit siyasətində mənfi halların baş verməməsi üçün ölkə iqtisadiyyatında valyuta gətirən sahələrin inkişafına nail olmaq lazımdır. “Bundan əlavə olaraq hökumət bank sektorunda sabitləşməni təmin etmək üçün ciddi addımlar atmalıdır. Heç kimə sirr deyil ki, keçən ilki devalvasiyadan sonra hazırda Azərbaycanda bank sektorunda ciddi böhran yaşanmaqdadır. Bank sektorunda böhran vəziyyətin yaranmasına səbəb olan digər amil isə dollarlaşma prosesidir”, – A.Mehdiyev vurğulayıb. Onun fikrincə, bank sektorundak böhrandan xilas olmaq üçünsə dollarlaşmadan imtina edilib, daha çox manatla əməliyyatların həyata keçirilməsinə, həmçinin manatla kredit verilməsinə keçilməlidir. “Ölkədə normal sahibkarlıq mühiti yaradılmalı və kreditlər isə real iş qabliyyəti olan iş adamlarına verilməlidir. Krditlər az faizlə iş adamlarna verilməlidir. Daha məmur nəzarətində olan subyektlərə deyil”, – o deyib. Ekspert əlavə edib ki, nə qədər ölkədə məmurlar prosesi öz nəzarətində saxlayır, o zaman ölkə iqtisadiyyatı böhrandan çıxa bilməyəcək: “İqtisadiyyat böhrandan çıxa bilmədiyi üçün də, pul-kredit siyasəti böhrandan çıxarmaq mümkün olmayacaq.” Son zamanlarda vətəndaşların banklarla krediti qaytara bilmədiyi üçün özlərinə qəsd eetmələri və bu halların artması faktına aydınlıq gətirən ekspert bildirdi ki, bunlar indiki vəziyyətlə bağlı deyil: “Bu problemlərın kökü devalvasiyadan əvvəlki dövrə gedir. Belə ki, o zaman banklar vətəndaşların kredit ödəmək qabliyyətinin olub-olmadığını araşdırmadan kredit veriblər. O dövrd neftdən gəlirlər yüksək səviyyədə olduğundan vətəndaş müxtəlif yollarla gəlir əldə etmək imkanına malik idi. Ancaq devalvasiyadan sonra gəlir əldə etmək imkanları məhdudlaşdığından belə problemlər ortaya çıxır. Burada digər səbəblərdən biri də manat kreditinin dollarla çevrilməsi oldu ki, bu da sonda kredit fazilərinin artırlmasına gətirib çıxardış Nəticədə vətəndaş kreditini ödəyə bilmir.” Ekspert onda təəssüflə qeyd edib ki, bu problemin həlli istiqamətində hökumət real addımlar atmır: “Hökumət çalışıb bu işdə banklara yardım etməlidir,daha bankları vətəndaşıa üz-üzə qoymamalıdır”.
Mürtəza Bünyadlı