Azərbaycanda baş həkim maliyyə yeyintisinə görə saxlanıldı – Korrupsiya...

  • By admin
  • 23 Yanvar 2021 11:23

Masallı rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov saxlanılıb.

 

Gununsesi.org-un verdiyi xəbərə görə, C. Nəzərov bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir.

Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.

Qeyd edək ki, C.Nəzərovu saxlanılması ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb.

Gununsesi.org