Azərbaycanda benzin çox ucuzdur -Rövnəq Abdullayev

  • By admin
  • 15 Sentyabr 2016 21:41

 rovneq

SOCAR-ın prezidenti Rövnəq Abdullayev ölkədə benzinin qiymətinin ucuz olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycana benzin idxalı artıq dayandırılıb: “Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də, heç kim bura benzin gətirməyəcək.

Çünki benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir. Zavodlar təmirə bağlanan vaxt SOCAR müəyyən çatışmazlıqların olmasından ehtiyat edib.

HTML tutorial

Buna görə də biz hökumətdən xahiş etdik və 30 min tona yaxın benzin gətirdik. Bu, bizə zərərlə başa gəldi. Amma ölkədəki benzinə olan tələbatı tam ödədik. Əhali bunu hiss etmədi. Benzinin idxalına olan vergilərin götürülməsinə baxmayaraq, bu, bizə bir neçə milyon manat ziyan vurub”.

 

Gununsesi.info