Azərbaycanda Beynəlxalq Ordu Oyunları keçiriləcək

  • By admin
  • 05 Mart 2018 11:30

Beynəlxalq Ordu Oyunları bu il iyulun 28-dən avqustun 11-dək altı dövlətin – Rusiya, Azərbaycan, Belarus, İran, Qazaxıstan və Çinin ərazisində keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu haqda Moskvada Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığı Baş İdarəsinin rəisi, general-leytenant İvan Buvaltsev keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, oyunlarda iştirak üçün 2018-ci il martın 1-nə doqquz ölkədən 74 komanda müraciət edib.

Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşinin ustaları”, “Snayper həddi” və  “Səhra mətbəxi” müsabiqələrində iştirakı, o cümlədən “Dərinlik” və “Qoşun kəşfiyyatının əlaçıları” müsabiqələrində müşahidəçi qismində təmsil olunmaları planlaşdırılır.

Gununsesi.info