Azərbaycanda bir ailənin 3 üzvü qidadan zəhərləndi

Cəlilabadda bir ailə qidadan zəhərlənib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakinləri 1998-ci il təvəllüdlü S. Zeynalova, 1959-cu il təvəllüdlü İ. Zeynalov və 1963-cü il təvəllüdlü X. Zeynalova ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. İlkin məlumata görə, ailə üzvləri qəbul etdikləri qidadan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info