AZƏRBAYCANDA BİR İLK - XƏSTƏLƏR İTLƏ MÜALİCƏ OLUNUR

Müasir dünyada itlərlə müalicə üsulu geniş yayılıb.
Nə qədər qəribə səslənsə də, insanların sadiq dostu onların şəfa tapmasına da kömək edir. Məsələn, ABŞ və İngiltərədə ruhi xəstələrin müalicəsinə dəstək üçün xüsusi itlər yetişdirilir və bu itlər müalicəyə cəlb olunur. Artıq Azərbaycanda da bu müalicə üsulunun tətbiqinə başlanılıb. Sapce TV-nin əməkdaşı Turanə Tağızadə 1 Saylı Respublika Psixiatriya xəstəxanasında olub. Bu proseslə maraqlanıb.

Dünyada xəstələrin itlərlə müalicəsi kifayət qədər geniş yayılmış üsüludur. Bu, kanisterapiya adlanır. İtlər ən çox sosiallaşmış heyvanlardandır. Hər gün itlə açıq havada gəzmək insanın sinir sistemini sakitləşdirir, immun sistemini möhkəmləndirir.
Kanisterapiya autizm, Daun sindromlu xəstələr, anadangəlmə ağır patologiyalardan əziyyət çəkən uşaqların müalicəsində tətbiq edilir. İtlərlə müalicə üsulundan tənhalıqdan əziyyət çəkənlər, fiziki qüsurlu xəstələrin müalicəsində də istifadə olunur. Heyvanlarla müalicə pasiyentlərdə yaranan ümidsizliyin və depressiyanın üzərində qalib gəlməyə kömək edir.
Bundan əlavə heyvanlarla pasiyentlərin dostluğu yaranır, ünsiyyəti daha da yaxşılaşır. İndiyə qədər xəstəxanada 60-dan çox pasiyent bu müalicə üsulundan yararlanıb.

HTML tutorial

Gununsesi.info