Azərbaycanda Britaniya ştammı aşkarlandı

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

TƏBİB-dən Gununsesi.info-ya verilən məlumata görə, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

HTML tutorial

Qeyd edək ki, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.

Gununsesi.info