Azərbaycanda brokonyerlik halları azalıb

  • By admin
  • 13 Yanvar 2023 11:42

“Azərbaycanda brokonyerlik halları azalıb”.

Gununsesi.info xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il qanunsuz ovla bağlı 4 fakt aşkarlanıb və hər birinə 1000 manat cərimə tətbiq olunub:

“Qanunsuz balıq ovu ilə bağlı 3 fakt Sumqayıt, Siyəzən, Kür çayında aşkarlanıb. Ötən ilin dekabr ayının sonu və 2023-cü ilin ilk günlərində 5000 min metrə qədər sintetik tor müsadirə edilib. Qanunsuz ovla bağlı faktlara əsasən Siyəzən ərazisi, Neftçalada Kür çayı üzərində daha çox rast gəlinir”.

Gununsesi.info