Azərbaycanda bu günə olan yoluxma sayı açıqlandı

  • By admin
  • 09 Dekabr 2021 17:08

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 315 yeni yoluxma faktı qeydə alınıb, 1 850 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

HTML tutorial

İndiyədək ölkədə ümumilikdə 601 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 571 088 nəfər müalicə olunaraq sağalıb, 8 038 nəfər vəfat edib, aktiv xəstə sayı 21 902 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 799, ötən müddət ərzində isə ümumilikdə 5 644 853 test aparılıb.

Gununsesi.info