Azərbaycanda bu hospitalın həkimi də koronavirusa yoluxdu

Azərbaycanda daha bir həkim koronavirusa yoluxub.

Gununsesi.org oxu.az-a istinadən xəbər verir ki, COVID-19-la mübarizə aparan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov özü də bu xəstəlikdən əziyyət çəkir.

Məlumata görə, artıq bir həftədir ki, o, süni tənəffüs aparatına qoşulub.

Gununsesi.org