Azərbaycanda bu iki jurnalist koronavirusa yoluxdu

  • By arzu
  • 23 İyun 2020 16:08

Azərbaycanda daha iki jurnalistdə koronavirus aşkarlanıb.

Gununsesi.org xəbər verir ki, “Palitra” qəzetinin əməkdaşı, ölkə prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayeva və “”Cebhe.info” xəbər portalı, “Cümhuriyət” qəzeti”nin əməkdaşı Müşfiq Abdulladan 3 gün əvvəl götürülmüş testlər pozitiv çıxıb.

Yoluxma əvvəlcə M.Abdullanın həyat yoldaşında baş verib, daha sonra jurnalistlər də yoluxublar.
M.Abdullanın xanımında xəstəlik ağciyərlərin pnevmoniyasına səbəb olub.

Ötən həftənin sonlarında təcili tibbi yardım briqadası gələrək onlardan yaxma analizi götürüb. Dünən axşam isə analiz nəticələrinin pozitiv olduğuna dair mesaj alıblar.

Qeyd edək ki, M.Abdulla və N.Abdullayeva bacı-qardaşdırlar.

Bu gün TƏBİB-in həkim briqadası gələrək hər üç şəxsi müalicə müəssisəsinə aparıb.

Gununsesi.org