Azərbaycanda bu il benzin və dizel istehsalı artıb

  • By Ayshan
  • 14 Noyabr 2025 21:01

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi istehsal dəyəri 4 milyard 562.7 milyon manat təşkil edib.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.9% artım deməkdir.

Hesabat dövründə neft məhsullarının bir sıra növləri üzrə istehsalda ciddi dəyişikliklər qeydə alınıb. Mazut istehsalı 2.1 dəfə, neft koksunun istehsalı 10.1%, qazoyl (dizel yanacağı) istehsalı 7.2%, ağ neft istehsalı isə 4.9% artıb. Bununla yanaşı, neft bitumu istehsalı 9.8%, sürtkü yağları istehsalı isə 45.6% azalıb.

Hesabat dövründə 1 225.2 min ton avtomobil benzini istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 102 % təşkil edib. Həmçinin, 582 min ton ağ neft istehsal olunub(104.9%), qazoyl (dizel yanacağı) istehsalı 2 milyard 109.3 min (107.2%) ton səviyyəsində qeydə alınıb.

Mazut istehsalı 57.6 min ton olub və əvvəlki illə müqayisədə 2.1 dəfə artım qeydə alınıb. Sürtkü yağlarının istehsalı 30.6 min ton (54.4%) olub.

Gununsesi.info