“Azərbaycanda bu proses davamlı olub…” - BAHAR MURADOVA

  • By admin
  • 29 Dekabr 2016 15:14

baharrr

Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir.

Gununsesi.info xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclasında Milli Məclis sədrinin müavini Bahar Muradova dilə gətirib.

O, adıçəkilənkomitənin fəaliyyətini yüksək qiymətləndirərək ölkəmizdə ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını deyib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb. Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. B. Muradova bildirib ki, ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın yenidən təkmilləşdirilməsi istiqamətində qəbul olunan qanunlar bir daha göstərir ki, Azərbaycanda bu proses davamlı olub və heç bir mərhələdə dayanmayıb. B. Muradova Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx münasibətlər qurduğunu da bildirib.

K. HƏMZƏOĞLU

Gununsesi.info