Azərbaycanda bu qadağa aradan götürüldü - VİDEO

  • By admin
  • 02 İyul 2023 12:27

Baliq ovuna qoyulan müvəqqəti qadağa bitdi. Amma təkcə həvəskar balıqçılar üçün. Digərləri isə balıq ovlamaq üçün hələ sentyabrin1-ni gözləməlidir.

Gununsesi.info xəbər verir ki, Zoologiya İnsititu Hidrobiologiya laboratoriyasının müdiri Süleyman Süleymanov “Xəzər Xəbər”ə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə ölkədə may ayından başlayaraq sentyabrın 1-dək balıq ovlamaq qadağan olunub.

Səbəb isə balıqların kürütökmə dövrü ilə əlaqədardır. Ancaq bu gündən həvəskar balıqçılara balıq ovlamağa icazə verildi.

Balıqçılar qeyd edirlər ki, onlar üçün qadağa bitsə də, əməl etməli olduqları qaydalar var.

Gununsesi.info