Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu – RƏSMİ

  • By arzu
  • 14 May 2020 18:58
“Azəriqaz” İstehsalat Birliyinin altı əməkdaşı koronavirusa yoluxub”.
Bu barədə İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, qurumun əməkdaşlarında koronovirusa yoluxma faktları ayrı-ayrı vaxtlarda qeydə alınıb:
“Altı nəfər əməkdaşımız bu virusa yoluxub. Üç nəfəri artıq sağalıb, evlərindədir. Hazırda üç nəfər isə xəstəxanada müalicəsini davam etdirir”.
C.Səfərov qeyd edib ki, koronovirusa yoluxanlar 50-65 yaş arası şəxslərdir.

Gununsesi.org