Azərbaycanda bu şəxslər 2% vergi ödəməlidir

Kənd təsərrüfatı məhsullarını istehsalçı olmayan, həmçinin vergiödəyicisi kimi uçotda durmayan şəxslərdən aldıqda, ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulmalı və rüb başa çatdıqdan sonra bu barədə vergi orqanına hesabat təqdim edilməlidir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Gununsesi.org-a bildirilib ki, məhsulları təqdim edən şəxs vergiödəyicisi kimi uçotda olduqda ödəmə mənbəyində vergi tutulması qanunvericilikdə nəzərdə tutulmayıb. Belə ki, həmin şəxs əldə etdiyi gəlirlərə əsasən vergi öhdəliklərini yerinə yetirməlidir.

Gununsesi.org