Azərbaycanda bu şəxslər 8-10 min manat əməkhaqqı alır

  • By admin
  • 28 Noyabr 2017 13:52

Azərbaycanda bankların top-menecerlərinin orta əməkhaqqı 8-10 min manat təşkil edir.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev UNEC2B əmək bazarı platformasının təqdimatı mərasimində deyib.

Onun sözlərinə görə, bu, ABA-nın bank bazarında keçirdiyi sorğunun nəticəsində məlum olub.

Z.Nuriyev bildirib: “Əməkhaqqının bu səviyyəsi beynəlxalq bank bazarı baxımından kifayət qədər rəqabətqabiliyyətli hesab olunur”.

Gununsesi.info