Azərbaycanda bu şəxslər prezident və deputat ola bilməyəcəklər

Din xadimləri peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyə üzvü ola bilməyəcəklər.

Gununsesi.info-nun məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

HTML tutorial

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, din xadimləri peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyə üzvü ola bilməyəcəklər.