Azərbaycanda çəkilən bu video çarx “Youtube”də trend oldu – VİDEO

  • By admin
  • 18 Noyabr 2019 16:15

Azərbaycan son günlər Cənubi Koreyada məşhurlaşıb.

Ölkənin ən böyük axtarış sistemləri olan “Naver” və “Daum”da axtarılan ən çox sözlər Azərbaycanla bağlı olub.

Sıralamada ilk yerdə “Bakı”, ikinci yerdə isə “Azərbaycan” sözləri yer alıb.
Gununsesi.org  Oxu.az-a istinadla xəbər verir ki, buna isə Koreya televiziyalarından birinin Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyilə Bakıdan və Qobustandan turizmlə bağlı veriliş hazırlaması səbəb olub.
“Battle trip” verilişi üçün Qız qalasında, İçərişəhərdə, metrostansiyaların qarşısında, Qobustan qayalıqlarında və Yanardağda çəkilişlər aparılıb.
Verilişin anonsunun “YouTube”da yayılması Cənubi Koreyada Azərbaycana olan maraqları artırıb.
Həmin verilişin bu həftə ərzində tam yayımlanacağı gözlənilir.