XƏBƏR LENTİ

17 Fevral 2018

22 May 2016 - 15:02

Azərbaycanda cəzadan azad etmə niyə mümkünsüzləşib?-TƏHLİL

Fexreddin-M

Bu yaxınlarda Ali Məhkəmənin binasında bir ana vəkil olduğumu güman edərək, sualla mənə müraciət etdi. Söhbət zamanı məlum oldu ki, Naxçıvandan olan ananın övladı məhkəmə zamanı təqsirli bilinərək, 3 il 3 ay azadlıqdan məhrum edilib. Övladı cəzasının 3 il 1 ayını artıq başa vurub, 2 ay çəkilməmiş cəzadan azad olmaq üçün məhkəməyə müraciət edib. Birinci instansiya və apellyasiya məhkəməsi onun ərizəsini təmin etməyib. Bununla əlaqədar Ali Məhkəməyə müraciət etmişdi.

Ana məhkəmə baxışında iştirak etmək üçün gəlmişdi. Söhbətdə iştirak edən şəxslərdən birinin “Axı, oğlunuz demək olar ki, cəzasını çəkib qurtarıb, 2 ay elə müddət deyil ki, siz bunun üçün məhkəmələrdə əziyyət çəkirsiz” sualına Ananın cavabı belə oldu: “Iki ay mənim üçün iyirmi ilə bərabərdir. Təsəvvür edin, mən hər həftə türməyə gedirəm, yemək aparıram, bilirsiz ki, oradakı yeməklə yaşamaq olmaz. Mən təndirdə çörək bişirməklə ailəni saxlayıram, pulu oddan-alovdan çıxarıram…”

Ananın cəfakeş əlləri, əzab ifadə edən siması məni sarsıtdı…

Artıq cəza qəddarlıq sindromu yaradır

Cinayət Məcəlləsində cəzanın məqsədi belə şərh edilib: “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”.

Göründüyü kimi, cəzanın əsas məqsədlərindən biri məhkumun islah olunmasıdır. Məhkum islah olunursa, sosial ədalət prinsipi gözlənilməklə, artıq onun cəzaçəkməəssəsində saxlanılmasına zərurət aradan qalxmış olur. Cəzadan azadetmə institutu da bununla əlaqədar yaranıb və dünya praktikasında penitensiar siyasətin əsas istiqamətlərindən biridir.

Məlumdur ki, şəxsin uzun müddət həbsdə saxlanılması azadlığa çıxdıqdan sonra onun cəmiyyətə inteqrasiyasını çətinləşdirir və bəzən mümkünsüz edir. Çünki ailəsini, sosial faydalı əlaqələrini itirir. Xarici sosioloji tədqiqatların nəticələrinə görə, 10-15 ildən artıq azadlıqdan məhrumetmə yerlərində saxlanılması məhkumların islahı prosesinəmənfi təsir edir. Qadınlar 5 ildən artıq azadlıqdan məhrumetmə yerlərində qaldıqda ailəvə qohumluq əlaqələrini, gələcəyə inamını itirirlər və nəticədə onlarda anti-sosial həyat tərzi formalaşır.

Bundan başqa, uzunmüddətli həbs cəzası şəxsdə psixoloji deformasiya, qəddarlıq sindromu yaradır və ən əsası, insanın insana sevgisi itir.

Ona görə də, elmi, sosial-psixoloji amilləri nəzərə alaraq, dünyanın demokratik ölkələri cəzadan azadetmə sistemini təkmilləşdirir, bütövlükdə penitensiar siyasəti humanistləşdirir.

Təkrar edirik, söhbət sosial ədaləti, zərəəkmiş şəxsin maraqlarını nəzərə almaqla, islah olunan məhkumlardan gedir. Bu sahədə dünya ölkələrində maraqlı, faydalı təcrübə təşəkkül tapıb. Mövzunun aktuallığnı nəzərə alaraq, Azərbaycan reallığındakı problemləri qabartmaq zərurəti var.

Qanunlarla onların icrası arasında uçurum

Bu sahədə əsas problemlər hansılardır?

Cinayət qanunvericiliyində cəzadan azadetmənin kifayət qədər normal hüquqi bazası işlənib hazırlanıb. Əsas problem həmin qanunların icrasındadır! Ümumiyyətlə, qanunlarla onların icrası arasında uçurum çox böyükdür və təhlükəli tendensiya bundan ibarətdir ki, uçurum dərinləşməkdə davam edir.

Vaxtilə Almaniyanın görkəmli dövlət xadimi Bismarkın dediyi ifadə reallığımız üçün çox xaraterikdir: “Pis qanunlar yaxşı məmurların əlində yaxşı qanunlara, yaxşı qanunlar pis məmurların əlində pis qanunlara çevrilir”.

Cəzadan azad etməklə bağlı qanunvericiliyə nəzər salaq. Cinayət Məcəlləsinə görə(76-cı maddə), böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görətəyin edilmiş cəza müddətinin ən azı yarısını; ağır və ya xususilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı, 3/4 hissəsini çəkdikdən sonra məhkum barəsində şərti olaraq, vaxtından əvvəl cəzadan azadetmə tətbiq edilə bilər.

Eyni zamanda, cəzaçəkməəssisəsinin növünün dəyişdirilməsi də qanunvericilikdətəsbit edilib. Cəzaların Icrası Məcəlləsinə görə (70-ci maddə), müsbət xarakterizəolunan məhkumlar cəzaçəkməəssisələrinin bir növündən digərinə aşağıdakı hallarda keçirilə bilər:

– Ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkməəssisələrindən məntəqə tipli cəzaçəkməəssisələrinə cəza müddətinin ən azı, üçdə iki hissəsini çəkdikdə;

– Az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkməəssisələrindən məntəqə tipli cəzaçəkməəssisələrinə cəza müddətinin ən azı, üçdə birini çəkdikdə köçürülə bilər.

Güclülər” işini həll edir, “zəiflər” baxa-baxa qalır…

Göründüyü kimi, qanunvericiliklə cəzadan azad etmənin hüquqi bazası mövcuddur vəkifayət qədər aydındır. Lakin reallıqda həmin normaların tətbiqi acınacaqlıdır. Çünki qanunun icrasında şəxsi ambisiyalar, maraqlar işə düşür.

Qanun normalarının tətbiqində üç subyekt iştirak edir: penitensiar xidmət, prokurorluq və məhkəmə. Həmin subyektlərin rəylərinin uyğunlaşdırılması müşkül məsələyəçevrilir. Nəticədə “güclülər” həmin qanundan bəhrələnir, “zəiflər” isə ona həsrət qalırlar…

Ümumiyyətlə, bu prosesdə prokurorluğun “fövqəladə” söz sahibi olması cəzadan azadetmə sistemini mürəkkəbləşdirir. Dünya təcrübəsində cəzadan azadetməprosedurunda qeyri-hökumət təşkilatlarının, ictimaiyyət nümayəndələrinin geniş spektrinin təmsil olunduğu müxtəlif (qəyumluq, himayə) sınaq şuralarının rəyi əsas götürülür. Həmin şuralar bir qayda olaraq, məhkum azadlığa çıxdıqdan sonra eyni zamanda, onun sosial reabilitasiyası ilə də məşğul olurlar.

Məhkumların durumu nəzərə alınmır

Bundan başqa, cəzaçəkməəssisələrində istehsal strukturlarının, iş yerlərinin təşkili çox zəifdir. Iş yerlərinin, istehsal strukturlarının olmaması məhkumların öz ailələri üçün də ciddi maddi problemlər yaradır. Digər tərəfdən, iqtisadi xarakterli cinayətlərdəmaddi zərərlərin ödənilməsi mümkün olmur. Məhkum azadlığa çıxdıqdan sonra heç bir maddi vəsaitə malik olmur. Bu isə təkrar cinayətlərə gətirib çıxarır.

Daha bir səbəb cəzaçəkməəssisələrində peşə yönümlü təhsil sisteminin çox zəif olmasıdır. Halbuki, peşə bacarığı məhkum azad olunduqdan sonra onun cəmiyyətəinteqrasiyasi, sosial faydalı əlaqələri üçün zəruridir.

Bundan əlavə, sosial reabilitasiya mərkəzləri faktiki işləmir. Məhkum azadlığa çıxdıqdan sonra onun üz tutacağı bir quruma ehtiyac var.

Məhkumun şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsi onun cəmiyyətəinteqrasiyası ilə bağlı məsələlərin ardıcıl həllini tələb edir. Əks halda, təkrar cinayətlər çoxalır. Xüsusi qəddarlıq, amansızlıqla baş verən ölüm hadisələrinin dinamikasındakı artım sosial-iqtisadi səbəblərdən başqa həm də cinayət, penitensiar qanunvericiliyi vətətbiqinin qüsurlarının nəticəsidir.

Alternativ cəzalardan niyə istifadə olunmur?

Yəni, Cinayət Məcəlləsinin kriminallaşması davam edir. Cəza sistemində azadlıqdan məhrumetmə cəzası üstünlük təşkil edir və dinamikası artır, alternativ cəzalardan istifadə edilməsi çox zəifdir; cəzadan şərti olaraq azadetmə sistemi icraçıların iradəsindən asılıdır, məhkumların sosial reabilitasiyası işləmir və s. Nəticədə istintaq təcridxanalarında, cəzaçəkməəssisələrində məhbusların sayı sürətlə artır. Bu hesabla külli miqdarda dövlət vəsaiti dağılır və mənimsənilir, ailələr məhv olur, müflisləşir, kriminal xəbərlər də “zənginləşir”.

Beləlilklə, bu sahədə köklü islahatlara zərurət çoxdan yaranıb. Dünyada islahat nümunələri çoxdur, istiqamətləri də beynəlxalq sənədlərdə öz əksini tapıb. Yəni, nə isəkəşf etmək lazım deyil, sadəcə, Bismark demişkən, yaxşı qanunları pis qanunlara çevirməmək lazımdır! Insanlıq naminə!

Fəxrəddin Mehdiyev

Vəkil