
“Beynəlxalq Lesbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosiasiyasının Göy qurşağı Avropa İndeksi Azərbaycanı LGBT+ insanların müdafiəsinə yönəlmiş qanunvericilik və siyasətdə ən pis defisitə malik olduğunu göstərərək, onu bütün Avropa Şurası ölkələri arasında ən pisi hesab edib”.
Gununsesi.info-nun xəbərinə görə, bu fikirlər Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə əks olunub.
Sənəddə deyilir ki, Azərbaycanda cinsi azlıqlara qarşı nifrət nitqi və nifrət cinayəti davam edir:
“Hüquq-mühafizə orqanlarına inamsızlıq və onların hərəkətsizliyi səbəbindən bu hadisələr bildirilmir və cəzasız qalır. 2022-ci ildə AŞPA Cənubi Qafqazda LGBTİ insanların hüquqlarının pozulması ilə bağlı qətnamə qəbul edib və bu pozuntuların aradan qaldırılması üçün qanunvericilikdə islahatların aparılması üçün hakimiyyət orqanlarına bir sıra müraciətlər edib”.
Tərcümə:
Afət