Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

  • By admin
  • 18 Yanvar 2022 18:41

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 596 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 044, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 504, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 048 nəfərdir.

HTML tutorial

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 701 685, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 203 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 717 982, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 780 329 təşkil edir.

 

 

Gununsesi.info