Zəhərlənən məktəblilərin adları açıqlandı - YENİLƏNİB

  • By admin
  • 18 Dekabr 2023 13:50

Saatlıda mikroavtobusda dəm qazından zəhərlənənlərin adları məlum olub. 

Gununsesi.info xəbər verir ki, bununla bağlı “report” məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər 1965-ci il təvəllüdlü müəllim Göyçək Mətləb qızı İsmayılova, 2013-cü il təvəllüdlü Fidan Seymur qızı Yarıyeva, 2014-cü il təvəllüdlü Məhəmməd Samir oğlu Nüsrəddin, Məhəmməd İlham oğlu Hüseynli, Gülüstan Rauf qızı Poladova, Təqi Azad oğlu Zahidli, Nazlı Anar qızı Həsənzadə, Səadət Rauf qızı Mənsimli və Tunar Hafiz qızı Nuriyevadır.

***12:31

Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki,  hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda qəm qazının sızması baş verib. Məktəblilər Saatlı rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info