Azərbaycanda dəhşətli hadisə: Kişi qardaşının azyaşlı qızı ilə iyrənc "eşq" yaşadı

Bakının Nizami rayonunda 1981-ci il təvəllüdlü Bəhruz qardaşının yetkinlik yaşına çatmayan qızı Tahirəyə (adlar şərti verilib – red.) təcavüz edib.

Gununsesi.info Teleqraf.com-a istinadla xəbər verir ki, Bəhruz 2020-ci ilin dekabrından 10 yanvar 2022-ci ilədək olan müddət ərzində cinsi ehtirasını təmin etmək məqsədilə mütəmadi olaraq qardaşının qızı, 2014-cü il təvəllüdlü Tahirəni pəncərədən tullayacağı ilə hədələyib, ona qarşı seksual xarakterli hərəkətlər edib. Bundan əlavə olunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

HTML tutorial

İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, onun qardaşı və qardaşı arvadı ilə münasibəti yaxşı olub. Təqsirləndirilən şəxsin sözlərinə görə, onlarla anası arasında dava-dalaş olub, onlar evi sataraq bölüşdürmək istəyiblər.

Bəhruz bildirib ki, 2022-ci ilin yanvarında yataq otağında Tahirənin üstünü örtüb və çıxan zaman qardaşı arvadı Fatma ilə üzbəüz gəlib: “Fatma məni yalnış anladı. İçəri girərək qışqır-bağır saldı, məni taxta ilə vurdu və guya mənim Tahirəyə qarşı əxlaqsız hərəkət etdiyimi dedi. Otağa uşağın üstünü örtmək məqsədi ilə girmişdim. Otaqda təkcə Tahirə və özüm olmuşam. Uşaqların üstünə heç vaxt qışqırmamışam. Tahirəyə heç nə etməmişəm. Hadisə günü anam da evdə olub. Sonra mənə polis bölməsinə gəlməli olduğum və qardaşım arvadının məndən şikayət etdiyi deyildi. Mən də polis bölməsinə getdim”.

Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsini özünü müdafiə xarakterli hesab edib və bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadəsini açıqlayıb.

Bəhruz istintaqa ifadəsində göstərib ki, ailə üzvüləri ilə birlikdə yaşayır. 2010-cu ildə Fərqanə ilə rəsmi nikaha daxil olub: “Rəsmi nikahdan iki övladım var. Qardaşım Camal 2005-ci ildə Fatma ilə ailə qurub. Onların iki qız övladları var. Biz ailə olaraq, yəni mənim, qardaşımın ailələri, anam və bacım eyni mənzildə yaşayırıq. Mənzilimiz 4 otaqdan ibarətdir. Mən çörək sexində günaşırı işləyirəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı olmasına baxmayaraq uzun müddətdir onunla cinsi əlaqədə olmur: “Təxminən həbs olunmanmışdan bir ay əvvəl mənzildə təkidim, qardaşım və arvadı işdə idi. Həmin vaxt Tahirə evdə, öz ailələrinə aid otaqda idi. O olan otağa getdim. Tahirə alt paltarında çarpayıda uzanmışdı. Onun üstünü örtərkən şeytan məni yoldan çıxardı, əlimlə ona toxunaraq sığalladım. Tahirənin sakit dayandığını gördüm və bu səbəbdən hərəkətimə davam etdim. Ona qarşı əxlaqsız hərəkətlər etməyə başladım”.

Təqsirləndirilən şəxs bildirib ki, Tahirəyə bu barədə kiməsə desə, arada dava düşəcəyini, atası ilə dalaşacağını deyib: “Aramızda olanlar barədə heç kəsə danışmamağı tapşırdım. Tahirə də bu barədə heç kəsə deməyəcəyinə söz verdi. Bundan sonra müxtəlif vaxtlarda hamamda əl-üzümü yuyarkən Tahirə yanıma gəlib. Orada ona qarşı əxlaqsız hərəkətlər etmişəm. Bu hərəkətlərim Tahirənin də xoşuna gəlib”.

Bəhruzun ifadəsinə görə, həbs olunmamışdan təxminən 1 həftə əvvəl yenidən evdə Tahirə ilə tək olub və yenə ona qarşı seksual hərəkətlər etmək qərarına gəlib: “Tahirənin olduğu otağa daxil oldum. Onu qucaqlayaraq əlimlə seksual hərəkətlər etdim. Daha sonra qeyri-təbii yolla cinsi əlaqədə oldum”.

Bəhruz qeyd edib ki, yanvarın 10-da saat 13.00-da yenidən evdə tək olduğu zaman Fatma Tahirəni məktəbdən evə gətirib: “Bir qədər sonra Fatma evdən çıxıb işə getdi. Tahirənin otaqda tək olduğunu gördüm və bir daha onunla seksual hərəkətlər etmək məqsədi ilə olduğu otağa girdim. Tahirə otaqda dərslərinə hazırlaşan zaman onun əlindən tutdum və çarpayıya uzatdım. Əynində olan şalvarı və alt paltarını dizinə qədər soyundurdum. Daha sonra özüm də soyundum. Ona qarşı seksual hərəkətlər etməyə başladım.

Bu zaman dəhlizdə ayaq səsi eşitdim. Qəflətən Tahirənin anası Fatma otağa daxil oldu və bizi yarıçılpaq vəziyyətdə gördü.

Fatma qışqıraraq mənə hücum etdi. Mən də otaqdan çıxdım və Fatmadan sakit olmasını xahiş etdim. Bir daha belə hərəkət etməyəcəyimi bildirdim. Fatma polisə şikayət edəcəyini söylədi, Tahirə ilə birlikdə evdən çıxdılar. Mən öz otağıma daxil olaraq 1 ədəd alt paltarı götürdüm və evdən çıxdım.

Yaşadığım binanın yaxınlığında əynimdə olan spermalı alt paltarımı çıxardım, yenisini geyindim. Əynimdən çıxardığım alt paltarını isə zibil qutusuna tulladım. Bir qədər sonra arvadıma zəng vurdum. Arvadım Fatmanın şikayət etdiyini və polis əməkdaşlarının məni axtardıqlarını bildirdi. 24-cü polis şöbəsinə gedərək hadisəni səmimi etiraf etdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Tahirə isə ifadəsində əmisi Bəhruz tərəfindən ona qarşı etdiyi iyrənc hərəkətləri təfərrüatı ilə danışıb. O, ifadəsində sonuncu günü baş verənləri belə xatırlayıb: “Yanvarın 10-da anam məni məktəbdən evə gətirdi, yeməyimi verdi, sonra özü işə getdi. Bir qədər sonra əmim Bəhruz mənim olduğum otağa gəldi. Şalvarını yarıya qədər soyundu. Mənim də şalvarımı çıxartdı və əxlaqsız hərəkətlər etməyə başladı.

Anam bizi gördü və qışqırdı. Səsinə digər otaqdan nənəm gəldi. Anam məni geyindirdi və polis şöbəsinə gəldik”.

Bəhruz 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Gununsesi.info