Azərbaycanda dəhşətli hadisə - ÖLƏN VƏ YARALANANLAR VAR

Balakən rayonunda ağır yol qəzası olub.

Gununsesi.info xəbər verir ki, Balakən rayonu Kortala kənd sakini, 1989-cu il təvəllüdlü Murad Xırxırov idarə etdiyi “VAZ-2101” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə çırpıb. Nəticədə sürücü M. Xırxırov hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb.

HTML tutorial

Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info