Hacıqabulda baş verən qəzada polis əməkdaşı ölüb.
Gununsesi.info xəbər verir ki, hadisə Hacıqabul-Bəhramtəpə-Horadiz yolunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarəetməni itirib və nəticədə “Hyundai” markalı avtomobili aşıb.
Ağır yaralanan polis əməkdaşı Şirvan Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info