Azərbaycanda dəhşətli qəza: Ölən və ağır yaralılar var – FOTO

  • By admin
  • 15 Fevral 2024 17:10

Xaçmaz rayonunun Mürşüdoba kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info “report”a istinadən xəbər verir ki, “Ford” markalı yük avtomobili ikiqoşqulu “Mercedes” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə bir nəfər ölüb. Ağır xəsarətlər alan 2 nəfər isə Təcili Tibbi Yardım briqadalarının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info