
4 gün əvvəl Ağstafa rayonunda baş vermiş ağır yol qəzasında vəfat edən 35 yaşlı Teymur Salıfovla bağlı yeni məlumatlar yayılıb.
Gununsesi.info xəbər verir ki, ağır qəzada vəfat edən şəxsin Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi Tural Salıfovun qardaşı olduğu bildirilib.
Qeyd edilib ki, Teymurun sürdüyü “Mercedes” markalı minik avtomobili əvvəlcə “VAZ-2106”ya, daha sonra isə yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı 35 yaşlı 1987-ci il sürücü Teymur Salıfov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info