Azərbaycanda dərmanların reklamı qadağan edilir

  • By admin
  • 03 May 2018 14:49

Azərbaycanda dərman vasitələrinin reklamının qadağan edilməsi təklif edilir.

Gununsesi.info  APA-ya istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, dərmanların reklamı alkoqollu içkilərin və siqaretin reklamından da təhlükəlidir: “Bu, Avropada da həssas məsələdir və məhdudiyyətlər var. Bizdə də buna yenidən baxılamlı və məhdudlaşdırmalıyıq. Çünki son vaxtlar baş verənlər buna kifayət qədər əsas verir”.

Gununsesi.info