Azərbaycanda dәniz nәqliyyatı ilә yükdaşımaların hәcmi yanvar-sentyabrda 2,4% azalıb

  • By admin
  • 16 Oktyabr 2020 16:15

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda dәniz nәqliyyatı ilә daşınan yüklәrin hәcmi 4 377,9 min ton tәşkil edib ki, bu da әvvәlki ilin müvafiq dövrünә nisbәtәn 2,4% azalıb.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yüklәrin 32,4%-ni neft yüklәri tәşkil edib. Dәniz limanları tәrәfindәn 6 545,6 min ton hәcmindә yüklәmә-boşaltma işlәri hәyata keçirilmiş vә yüklәrin 6 241,8 min tonunu vә ya 95,4%-ni tranzit yüklәr tәşkil edib.

HTML tutorial

Cari ilin oktyabr ayının 1-i vәziyyәtinә limanlarda qalan yüklәrin hәcmi 179,5 min ton olub. Dövr әrzindә bu nәqliyyat növü ilә daşınmış sәrnişinlәrin sayı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 8,2% artaraq 17,1 min nәfәr təşkil edib.

 

 

Gununsesi.info