Azərbaycanda daha 1186 nəfər koronavirusa yoluxub

  • By admin
  • 20 Yanvar 2022 18:36

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

HTML tutorial

İndiyədək ölkədə ümumilikdə 629 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 605 nəfər müalicə olunaraq sağalıb, 8 564 nəfər vəfat edib, aktiv xəstə sayı 10 183 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 116, ötən müddət ərzində isə ümumilikdə 6 037 787 test aparılıb.

 

Gununsesi.info