Azərbaycanda daha 278 nəfər koronavirusdan sağalıb, 79 yeni yoluxma

  • By admin
  • 10 Avqust 2020 17:13

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Gununsesi.info-nun məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib, 2 513 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 015, ötən müddət ərzində isə ümumilikdə 790 141 test aparılıb.

 

 

Gununsesi.info