Azərbaycanda daha 542 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib – FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

HTML tutorial

İndiyədək ümumilikdə 811 131 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 797 668 nəfər müalicə olunaraq sağalıb, 9796 nəfər vəfat edib, aktiv xəstə sayı 3667 nəfərdir.

Son sutka ərzində 3659, hazırkı dövrədək isə 7 9138 810 test aparılıb.

Gununsesi.info