Azərbaycanda daha bir bank ləğv olunur

  • By admin
  • 16 May 2017 15:26

1433568973_0001

“Qafqaz İnkişaf Bankı” ASC-nin ləğv edilməsi prosesi bu ilin sonuna qədər yekunlaşacaq.

Gununsesi.info-nun məlumatına görə, bu barədə bankda yaradılmış Kreditorlar Komitəsinin bu gün keçirilən ilk iclasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, “Qafqaz İnkişaf Bank”ın bütün kreditorları pullarını tam alacaqlar: “Bu bankın kreditorları digər bağlanmış banklarla müqayisədə şanslıdır”.

A.Cavadov onu da qeyd edib ki, “Qafqaz İnkişaf Bankı”da vəziyyət yaxşı olduğu üçün Kreditorlar Komitəsinin aktiv fəaliyyətinə, ona sədr və iclasa katib seçilməsinə də ehtiyac yoxdur: “Bu bankla işimizi tezliklə yekunlaşdırmaq niyyətindəyik. Ola bilsin ki, portfeli hansısa banka, məsələn “PAŞA Bank”a ötürək, onlar idarə etsin”.

Onun sözlərinə görə, bankın öhdəlikləri 85 mln. manatdır: “Bunun 41,3 mln. manatı Azərbaycan Mərkəzi Bankı qarşısında olan öhdəlikdir, qalan hissəsi isə digər fiziki və hüquqi şəxslərin alacaqlarıdır. Bundan sonra onlara 22 mln. manat pul ödənilməlidir”.

Gununsesi.info