Azərbaycanda daha bir məktəbli qızılcadan ölüb

Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb.

Gununsesi.info xəbər verir ki, kənd sakini – 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.

Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib.

Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.

S.Əliyeva Aşağı Surra kənd tam orta məktəbində təhsil alırmış.

Məlumata görə, məktəblinin qızılcaya yoluxmasından sonra təhsil müəssisəsi dezinfeksiya edilib. Digər şagirdlərin səhhəti nəzarətdə saxlanılır.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info