Azərbaycanda daha bir vəzifəli şəxs vəfat etdi

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin daha bir əməkdaşı vəfat edib.

Gununsesi.org bildirir ki, bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, “Xalqlar Dostluğu”stansiyasının rəisi İlqar Əliyev vəfat edib.

Onun hansı səbəbdən ölməsi barədə tam məlumat yoxdur. 

Qeyd edək ki, iyunun 17-də QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev ürəktutmadan ölüb.

Gununsesi.org