Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 148 yeni yoluxma - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177  müalicə olunaraq sağalıb və evə buraxılıb.

Gununsesi.info bildirir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6722, ötən müddət ərzində isə ümumilikdə 1 047 906 test aparılıb.

Gununsesi.info