“Təklif edirəm ki, Novruz bayramında koronavirusa görə eyni anda şamlar yandırıb balkona çıxsınlar”.
Gununsesi.org-un xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Rəşad Mahmudov deyib. Deputat koronavirusa qarşı mübarizə aparan İtaliya xalqının bu günlərdə necə pozitiv olduğunu da diqqətə çatdırıb.
O bildirib ki, Novruz bayramında eyni anda insanların şamları yandırması ümummilli məsələlərdə həmrəyliyə gətirib çıxarar.